"Liverpul" "Roma"nın gənc ulduzunu aparır

"Liverpul" "Roma"nın gənc ulduzunu aparır

"Liverpul" "Roma"nın gənc ulduzuna elçi düşüb.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "qırmızılar" İtaliya klubunun 22 yaşlı yarımmüdafiəçisi Nikolo Dzanyolonu heyətinə qatmaq niyyətindədir.

Mənbə "canavarlar"ın "Yuventus"un da transfer siyahısında olan istedadlı futbolçunu 65-70 milyon avroya satmağı planlaşdırdığını açıqlayıb.

Nikolo 2018-ci ildən "Romada"dır. Orta xətt oyunçusunun klubuyla olan müqaviləsinin müddəti 2024-cü ildə başa çatacaq. Bu mövsüm paytaxt təmsilçisinin formasıyla 24 çempionat matçına çıxan Dzanyolo 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 33 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər