"Liverpul" rekord gəlir əldə edib

"Liverpul" rekord gəlir əldə edib
"Liverpul" 2017/18 mövsümü üçün maliyyə hesabatını açıqlayıb.
Fanat.Az xəbər verir ki, İngiltərə klubu sözügedən mövsümdə rekord məbləğdə gəlir əldə edib.
Belə ki, klubun 2017/18 gəliri 455 milyon funt-sterlinq olub. Bu isə "Liverpul" tarixinin ən yüksək qazancıdı. Klubun xalis mənfəəti təxminən 300% artaraq 125 milyon funt-sterlinq olub. 
Qeyd edək ki, "Liverpul" 2017/18 mövsümündə Çempionlar Liqasında final oynayıb və "Real"a uduzaraq (1:3) gümüş medallara sahib çıxıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər