"Liverpul" Məhəmməd Salahın yerinə futbolçu tapdı

"Liverpul" Məhəmməd Salahın yerinə futbolçu tapdı
"Liverpul" "Real" və başqa klubların transfer etmək istədiyi Məhəmməd Salaha əvəzləyici tapıb.
Fanat.Az xəbər verir ki, İngiltərə klubu Yulian Brandtı transfer etməyə hazırlaşır.
Almaniyalı baş məşqçi Yurgen Klopp "Bayer"də oynayan 22 yaşlı həmyerlisini Salaha layiqli əvəzedici hesab edir.
Qeyd edək ki, Yulian Brandt 2014-cü ildə "Volfsburq"un U-19 komandasından "Bayer"ə 350 min avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 35 milyon avro qiymət qoyub. 22 yaşlı hücumçu cari mövsümdə meydana çıxdığı 37 rəsmi matçda 11 qol vurub və 7 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər