"Liverpul" öz hücumçusu Sadio Mane ilə yeni müqavilə üçün danışıqlara başlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Xəbərə görə, 26 yaşlı futbolçu özü də klubda qalmağa razıdır.
Manenin klubdanı partnerləri Roberto Firmino və Məhəmməd Salah artıq müqavilələrinin müddətini uzadıblar.
Qeyd edək ki, Mane kluba 2016-cı ildə "Sauthemmpton"dan transfer olunub. Onun yeni müqaviləsi 2021-ci ilədək nəzərdə tutulur.
Fanat.Az