"Liverpul" hələ çempion deyil" - Klopp

"Liverpul" hələ çempion deyil" - Klopp
"Liverpul"un baş məşqçisi Yürqen Klopp komandasının Premyer Liqada böyük üstünlüyə sahib olmasına baxmayaraq, nəzarəti əldən verməməli olduğunu düşünür.
Fanat.Az "BBC Sport"a istinadən xəbər verir ki, alman mütəxəssis qarşıdakı 9 oyunda maksimum xal qazanmağa çalışacaqlarını bildirib:
"Çempionluğa yaxın olduğumuzu bilmək gözəldi. Amma eyni zamanda, biz hələ çempion deyilik. İrəlidə 9 oyun var və bu matçlarda maksimum xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.
"Liverpul" oynamalı və bütün görüşlərdən qalib ayrılmalıdı. İki oyun qələbə qazanıb, sonra dayanmaq fikrimiz yoxdu. Çox çalışmalıyıq".
Hazırda turnir cədvəlinə başçılıq edən "Liverpul" ən yaxın izləyicisi - "Mançester Siti"ni 25 xal qabaqlayır. "Mersisaydlılar" növbəti iki oyunda ("Everton", "Kristal Pelas") qələbə qazanacağı təqdirdə çempionluğu təmin edəcək.
Premyer Liqa 17 iyunda bərpa ediləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər