"Liverpul" havayı aldığını 19 milyona satır

"Liverpul" havayı aldığını 19 milyona satır

"Liverpul” bu mövsüm oynamayan hücumçusu Dominik Solankeni satmaq fikrinə düşüb.

 

 

 

Fanat.Az-ın məlumatına görə, İngiltərə gənclər millisinin forvardı "Bornmut”a keçməyə yaxındı.

 

Yerli mətbuatda gedən məlumatlarda artıq tərəflərin arasında razılıq əldə olunduğu bildirilib. Qarşı tərəf bu keçid üçün mersisaydlılara 19 milyon funt-sterlinq ödəyəcək.

 

2017-ci ildə "Çelsi”dən pulsuz alınan hücumçu "Liverpul”un heyətində ümumilikdə meydana çıxdığı 21 Premyer Liqa matçında 1 qol vurub.

 

 

 

Fanat.Az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər