"Liverpul" "Enfild"ə həsrət qalacaq - Çempion olana kimi

"Liverpul" "Enfild"ə həsrət qalacaq - Çempion olana kimi
İngiltərə polisi və Premyer Liqa rəhbərliyi neytral stadionlarda oynanılacaq matçların siyahısını dəqiqləşdiriblər.
Fanat.Az "The Guardian"a istinadən xəbər verir ki, "Mançester Siti" - "Liverpul", "Mançester Siti" - "Nyukasl", "Mançester Yunayted" - "Şeffild Yunayted", "Nyukasl" - "Liverpul" və "Everton" - "Liverpul" görüşləri tərəfsiz arenalarda keçiriləcək. Bununla yanaşı, Yürqen Kloppun komandasının çempionluğu rəsmiləşdirənə kimi neytral stadionlarda oynamağa davam edəcəyi bildirilib.
London nəhəngləri - "Arsenal", "Çelsi" və "Tottenhem" ev oyunlarını başqa arenalarda keçirməyə razılıq verməyiblər.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər