"Liverpul" 3 xalı 3 qolla qazandı - VİDEO

"Liverpul" 3 xalı 3 qolla qazandı - VİDEO
İngiltərə Premyer Liqasında V tura start verilib.
Fanat.Az xəbər verir ki, açılış matçında "Liverpul"  doğma meydanda "Nyukasl"la qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.
"Liverpul"un heyətində Sadio Mane dubl edib, Məhəmməd Salah bir qol vurub.
Qeyd edək ki, bu qələbə ilə xalını 15-ə yüksəldən "Liverpul" liderliyi qoruyub. "Mançester Siti" 10 xalla (4 oyundan) 2-ci, "Lester" 8 xalla 3-cüdü.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər