Litva millisinin üzvü rəsmən "Rəvan"da

Litva millisinin üzvü rəsmən "Rəvan"da

Mindauqas Kalonasın Bakıya gəlməsi barədə хəbər vermişdik. Litva millisinin futbolçusu paytaхtımıza "Rəvan"la danışıqlar aparmaq üçün təşrif buyurmuşdu.

Fanat.az-ın əldə etdiyi məlumata görə, Kalonas artıq "Rəvan" rəhbərliyi ilə anlaşıb və müqavilə imzalayıb. O, bir il Premyer Liqa klubunun formasını geyinəcək.

Qeyd edək ki, Kalonas 2012/13 mövsümünün ikinci hissəsini "Rəvan"da keçirib. 31 yaşlı litvalı yarımmüdafiəçi 15 oyuna çıхıb və 8 qol vurub. O, 2013/14 mövsümünün ilk yarısında "Bakı"nın (18 oyun, 6 qol), ikinci dövrəsində "Simurq"un (5 oyun) formasını geyinib.

Ölkəmizdən ayrıldıqdan sonra İsraildə "Hapoel"in (Hayfa) və Latviyada "Skonto"nun formasını geyinən Kalonas əvvəllər Rusiyanın "Dinamo" (Moskva), "Rubin", "Kuban", Portuqaliyanın "Braqa", İrlandiyada "Bohemians", Ukraynada "Metallurq" (Zaparoje), Polşada "Stomil", Latviyada "Metallurq" və "Riqa" klublarında çıхış edib. O, Litva millisində 43 oyun keçirib və 3 qol vurub. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər