Liqa1: PSJ xal itirdi, "Olimpik Marsel" 2-ci yerə yüksəldi

Liqa1: PSJ xal itirdi, "Olimpik Marsel" 2-ci yerə yüksəldi

Bu gün futbol üzrə Fransa çempionatında 16-cı turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

"Monako"nun qonaq qismində "Anje"dən üstün olduğu turda "Sent Etyen" səfərdən əliboş dönüb.   Lider PSJ öz meydanında “Nitsa”nı yenə bilməyib. İkinci pillədə qərarlaşmış “Renn” "doğma divarlar arası"nda son çempion “Lill”ə uduzub .   "Olimpik Lion" azarkeşləri önündə gözlənilmədən "Reyms"ə boyun əyib. "Olimpik Marsel" isə səfərdə “Nant”ı tək qolla üstələyib və "Renn"in ikinci pillədəki yerini əlindən alıb.   Fransa, Liqa 1 16-cı tur 1 dekabr   Anje – Monako 1:3 Qollar: Nubel, 55-öz qapısına – Boadu, 25. Diop, 45. Disasi, 73.   Brest – Sent Etyenn 1:0 Qol: Fevr, 64-pen.   Mets – Monpelye 1:3 Qollar: De Preville, 70 – Savanye, 36. Mavididi, 45+1. Vahi, 48.   Strasburq – Bordo 5:2 Qollar: Tomasson, 22. Qameyro, 43. Ayorke, 45+1; 65. Linard, 48 – Huanq, 7. Elis, 57.   Trua – Loryan 2:0 Qollar: Ripar, 7. Kuame, 34.   Klermon – Lans 2:2 Qollar: Maqnin, 41. Bayo, 65 – Qastyen, 12-öz qapısına. Fofana, 47.   Olimpik Lion – Reyms 1:2 Qollar: Ekambi, 66 – Faes, 56. Ekitike, 90+2.   Nant – Olimpik Marsel 0:1 Qol: Jerson, 30.   PSJ – Nitsa 0:0   Renn – Lill 1:2 Qollar: Burijo, 85 – Şeka, 31. Sançes, 45.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər