Liqa 1: "Olimpik Lion"dan darmadağın, "Olimpik Marsel"dən çətin qələbə

Liqa 1: "Olimpik Lion"dan darmadağın, "Olimpik Marsel"dən çətin qələbə

Fransa Liqa 1-də 13-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə 5 matç baş tutub.

"Monpelye" - "Lill" mübarizəsində məhsuldar bərabərlik qeydə alınıb.

"Havr" evdə "Anje"yə uduzubsa, "Tuluza" - "Oser" görüşü birincilərin inamlı qələbəsi ilə bitib.

"Olimpik Lion" "doğma divarlar arası"nda "Nitsa"nı darmadağın edib, "Olimpik Marsel" "Monako"nu evə məğlub göndərib.

Hazırda 33 xala malik PSJ vahid liderdir. "Olimpik Marsel" ilə "Monako"nun 26 xalı var. "Lill" 23, "Olimpik Lion" 22, "Nitsa" və "Lans" hərəyə 20 xal toplayıblar.

Fransa Liqa 1 13-cü tur 29 noyabr

Reyms – Lans 0:2 Qollar: Tomasson, 23. Nzola, 61.

30 noyabr

Renn – Sent Etyen 5:0 Qollar: Kalimuendo, 39-pen; 61; 67-pen. Blas, 45+6. Quiri, 53.

Brest – Strasburq 3:1 Qollar: Lala, 12-pen. Laqe, 45+1. Del Kastilyo, 90+2 – Uattara, 85.

PSJ – Nant 1:1 Qollar: Hakimi, 2 – Ablin, 38.

1 dekabr

Monpelye – Lill 2:2 Qollar: Silla, 45+2. Nordin, 90+3 – David, 44; 54.

Havr – Anje 0:1 Qol: Abdelli, 63.

Olimpik Lion – Nitsa 4:1 Qollar: Lyakazett, 4; 41; 69-pen. Veretu, 43 – Diop, 22.

Tuluza – Oser 2:0 Qollar: Kinq, 32. Syerro, 39.

Olimpik Marsel – Monako 2:1 Qollar: Enrike, 53. Qrinvud, 89-pen – Qolovin, 41.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər