Liqa 1: "Olimpik Lion" heç-heçə etdi, "Olimpik Marsel" uduzdu

Liqa 1: "Olimpik Lion" heç-heçə etdi, "Olimpik Marsel" uduzdu

Fransa Liqa 1-də 19-cu tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə 5 matç baş tutub.

“Nant” – “Olimpik Lion" matçında qalib müəyyənləşməyib. “Havr” evdə “Brest”ə, “Tuluza” “Monpelye”yə yenilib. “Lans” “Anje”ni üstələyibsə, “Nitsa” da “Olimpik Marsel”i evə əliboş göndərib.

Hazırda 47 xala malik PSJ vahid liderdir. “Olimpik Marsel” 37 xalla ikinci, “Monako” 34 xalla üçüncü pillədə qərarlaşıb. “Nitsa” 33, “Lill” 32, “Olimpik Lion” və “Lans” 30, “Brest” isə 28 xal toplayıb.

Fransa Liqa 1 19-cu tur 24 yanvar

Oser – Sent Etyen 1:1 Qollar: Traore, 27 – Stassin, 45.

25 yanvar

Monako – Renn 3:2 Qollar: Akliuş, 15. Beret, 52. Qolovin, 56 – Naqida,  45+1. Quiri, 67.

Strasburq – Lill 2:1 Qollar: A.Santos, 70. Emeqa, 74 – Sahraui, 8.

PSJ – Reyms 1:1 Qollar: Dembele, 47 – Nakamura, 56.

26 yanvar

Havr – Brest 0:1 Qol: Ayorke, 25.

Lans – Anje 1:0 Qol: Frankovski, 49.

Nant – Olimpik Lion 1:1 Qollar: Məhəmməd, 90 – Nuama, 10.

Tuluza – Monpelye 1:2 Qollar: Kasseres, 59 – Sanyan, 62. Maamma, 83.

Nitsa – Olimpik Marsel 2:0 Qollar: Gessan, 7. Ço, 51.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər