Liqa 1: "Olimpik Lion" da qələbə qazandı, "Olimpik Marsel" də

Liqa 1: "Olimpik Lion" da qələbə qazandı, "Olimpik Marsel" də

Fransa Liqa 1-də 21-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 4 oyun baş tutub.

“Oser” – “Tuluza” matçında qalib müəyyənləşməyib. Lion “Olimpik”i “Reyms”i, “Strasburq” “Monpelye”ni məğlub yola salıb. “Anje”nin qonağı olan Marsel “Olimpik”i də turu qələbə ilə başa vurub.

Hazırda 53 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 43, “Nitsa” və “Monako” 37, “Lill” 35, Lion “Olimpik”i ilə “Lans”ın 33, “Brest”in 31 xal toplayıb.

Fransa Liqa 1 21-ci tur 7 fevral

Nant – Brest 0:2 Qollar: Ayorke, 9. Melu, 90+6.

PSJ – Monako 4:1 Qollar: Vitinya, 6. Kvaratsxeliya, 54. Dembele, 57; 90 – Zakariya, 17.

8 fevral

Nitsa – Lans 2:0 Qollar: Laborde, 10-pen. Klauss, 64.

Lill – Havr 1:2 Qollar: Akpom, 90+7 – A.Hassan, 38. Sumare, 56.

Sent Etyen – Renn 0:2 Qollar: Kalimuendo, 15. Naqida, 85.

9 fevral

Olimpik Lion – Reyms 4:0 Qollar: Talyafiko, 36. Tolisso, 68. Şerki, 79. Mikautadze, 90+3.

Oser – Tuluza 2:2 Qollar: J.Junior, 62. Traore, 73 – Kressuel, 68. Edjuma, 89.

Strasburq – Monpelye 2:0 Qollar: Emeqa, 45+2. Nanasi, 69.

Anje – Olimpik Marsel 0:2 Qollar: Rabyo, 69. Maupay, 74.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər