Futbol üzrə Fransa çempionatında 26-cı tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bazar günü yeddi matç keçirilib.
“Klermon” – “Bordo” və “Mets” – “Nant” qarşılaşmaları heç-heçə bitib. “Monako” öz meydanında “Reyms”ə, “Anje” “Lans”a, “Brest” “Loryan”a uduzub.
Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Olimpik Marsel” səfərdə “Trua”nı yenə bilməyibsə, "Olimpik Lion" "doğma divarlar arası"nda “Lill”ə boyun əyib.
Fransa Liqa 1 26-cı tur 27 fevral
Monako – Reyms 1:2 Qollar: Ben Yedder, 55 – Volland, 84-öz qapısına. Mbuku, 90+2. Anje – Lans 1:2 Qollar: Fulgini, 49 – Mendi, 73-öz qapısına. Klauss, 76. Brest – Loryan 0:1 Qol: Kone, 73. Klermon – Bordo 1:1 Qollar: Raşani, 32 – Jullavoqi, 13. Mets – Nant 0:0 Trua – Olimpik Marsel 1:1 Qollar: Tuzqar, 90 – Payet, 28-pen. Olimpik Lion – Lill 0:1 Qol: Qudmundsson, 35. 26 fevral
Strasburq – Nitsa 0:0
PSJ – Sent-Etyen 3:1 Qollar: Mbappe, 42; 47. Danilo, 52 – Bouanqa, 16.
25 fevral Monpelye – Renn 2:4 Qollar: Oyonqo, 19. Vahi, 41 – Terrye, 8. Buriqe, 15. Laborde, 52. Mayer, 84.