Liqa 1: Cengiz Ündər "Olimpik Marsel"ə qələbə qazandırdı

Liqa 1: Cengiz Ündər "Olimpik Marsel"ə qələbə qazandırdı

Futbol üzrə Fransa çempionatında 12-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, son oyun günündə 7 qarşılaşma baş tutub.   “Trua” – “Renn” matçında tərəflər 1 xalı hərəyə 2 qolla qazanıb.   “Bordo” “Reyms”i, “Monpelye” “Nant”ı, “Strasburq” “Loryan”ı, “Brest” “Monako”nu evə əliboş göndərib.   “Anje” öz meydanında “Nitsa”ya boyun əyibsə, "Olimpik Marsel" Cengiz Ündərin qolu sayəsində səfərdə “Klermon”u yenib.

Liqa 1 XII tur 31 oktyabr

Anje – Nitsa 1:2 Qollar: Bufal, 29 – Delor, 57; 90+1.   Bordo – Reyms 3:2 Qollar: Adli, 73. Briand, 78; 90+4 – Ekitike, 37. Loko, 63.   Monpelye – Nant 2:0 Qollar: Molle, 64. Vahi, 71.   Strasburq – Loryan 4:0 Qollar: Ayorke, 28. Diallo, 39; 45+1. Tomasson, 64.   Trua – Renn 2:2 Qollar: Rami, 38. Dinqome, 40 – Aquer, 9. Terrye, 81.   Brest – Monako 2:0 Qollar: Mönye, 18. Honorat, 79.   Klermon – Olimpik Marsel 0:1 Qol: Ündər, 25.  

30 oktyabr

19:00. Mets - Sent-Etyen 1:1 Qollar: Bulaya, 9 - Hazri, 16.

23:00. Lion - Lans 2:1 Qollar: Toko-Ekambi. 25, pen., Auar, 41 - Kalimuendo, 61.

29 oktyabr

PSJ – Lill 2:1 Qollar: Markinyos, 74. Di Mariya, 88 – David, 31.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər