Liderlərin görüşü baş tutmadı, “Neftçi” qələbə qazandı

Liderlərin görüşü baş tutmadı, “Neftçi” qələbə qazandı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci dövrənin növbəti oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, bu gün Voleybol Mərkəzində 6-cı tur çərçivəsində təşkil olunan görüşdə MOİK və “Neftçi”lə üz-üzə gəlib.

Matç “Neftçi”nin qələbəsi ilə başa çatıb. İlk hissəni 25:18 hesabı ilə aktivinə yazdıran Pərviz Səmədovun komandası sonrakı setlərdə də qalib gəlib - 25:23, 25:18. 

Bu gün keçirilməli olan turun və dövrənin son oyunu - “Xarı bülbül”lə "Murov”un görüşü təxirə salınıb. Buna səbəb hakimlər kollegiyasının üzvlərinin AVF-nin yarışların keçirilməsi üzrə Nizam-intizam komisiyyasına ünvanladığı müraciət olub. Müraciətdə 5-ci turda keçirilən “Xarı bülbül” - “Neftçi” oyununda nizam-intizam qaydalarının pozulduğu bildirilib və bununla bağlı müvafiq qərar qəbul olunması xahiş olunub.

Həmin müraciətə  fevralın 13-də baxılacaq və AVF tərəfindən müvafiq qərar qəbul olunacaq.

Hazırda “Murov” 14 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

Yüksək Liqa 6-cı tur 10 fevral

MOİK - Neftçi 0:3 (18:25, 23:25, 18:25)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər