Liderdən təxirə salınmış oyunda növbəti qələbə

Liderdən təxirə salınmış oyunda növbəti qələbə

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 6-cı turdan təxirə salınan “Xarı bülbül” - “Murov” oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan qarşılaşma “Murov” komandasının üstünlüyü ilə başlayıb.

İlk hissədə 25:18 hesabı ilə qalib gələn Fərid Cəlalovun komandası sonrakı setləri də aktivinə yazıb - 25:18, 25:23.

Beləliklə, bu matçdan sonra “Murov” xallarının sayını 26-ya çatdırıb və turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. 12 xala malik “Xarı bülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər