Azərbaycan I Divizionunda 20-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günü daha 3 matç keçirilib. Lider "Qaradağ Lökbatan" autsayder "Zirə-2"-ni matçın sonuncu dəqiqəsində çempionatın bombardiri Sabir Allahquliyevin vurduğu yeganə qol sayəsində məğlub edib. "Qəbələ-2" - MOİK görüşünün taleyini də bir qol həlledib. "Sabah-2" isə "Zaqatala" üzərində inamlı qələbə qazanıb.
I Divizion
XX tur
6 aprel
Qaradağ Lökbatan – Zirə-2 1:0 Qol: Sabir Allahquliyev, 90 Hakimlər: Rövşən Rəcəbov, Eyyub İbrahimov, Teymur Teymurov, Nicat İsmayıllı Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Mübariz Hüseynov Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00
Qəbələ-2 – MOİK 0:1 Qol: Elmir Rəhimzadə, 87 Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Taleh Məmmədov, Namiq Bəkirov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Elman Musayev Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00
Sabah-2 – Zaqatala 3:1 Qollar: Samir Məhərrəmli, 12, Fərid Kərimzadə, 43, Nazim Həsənzadə, 47 - Xəyyam Hüseynov, 90+3 Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Tərlan Talıbzadə, İnqilab Məmmədov Hakim-inspektor: Gülağa Cabbarov AFFA nümayəndəsi: İlham Əliyev Binə qəsəbə stadionu, 15:00
Turun digər oyunları dünən keçirilib: Kəpəz – Keşlə-2 0:2 (Emin Quliyev, 11, Elnur Süleymanov, 50-pen.), Sumqayıt-2 – Turan Tovuz 1:2 (Cavid Quliyev, 38 - Famil Cavadov, 45+3, Ramin Süleymanov, 62), Qarabağ-2 – Səbail-2 4:0 (Sultan Mustafayev, 14, Mehdi Tahirov, Seyxan Fərəcov, 47, İbrahim Ağayarov, 79).
|
I Divizion
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||