Futbol üzrə Azərbaycan I Divizionunda XIV tura yekun vurulub. Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
MOİK doğma meydanda “Səbail-2” üzərində qələbəyə sevinibsə, “Qəbələ-2” də “Zaqatala”nı məğlub yola salıb. Səfərdə lider “Araz Naxçıvan”la qarşılaşan “Neftçi-2” isə turu xalsız başa vurub.
I Divizion XIV tur 11 dekabr
MOİK – “Səbail-2” 3:1 Qol: İlham Allahverdiyev, 22. Samir Alıyev, 40. Muxtar Nəzərli, 90 – Xəyal Bədirov, 72. Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Sevda Nuriyev, Fəridə Lütfəliyeva Binə qəsəbə stadionu, 13:30.
“Qəbələ-2” – “Zaqatala” 4:1 Qol: Sənan Ağalarov, 44. Fərid İsgəndərov, 51. Rauf Məhərrəmov, 56. Bilal İsmayılov, 80 – Kənan Müslümov, 9. Hakimlər: İslam Məmmədov, Zöhrab Abbasov, Asiman Azizli, Şamil İmanzadə. Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Araz Naxçıvan” – “Neftçi-2” 3:1 Qol: Həzrət İsayev, 5. Orxan Əliyev, 45-pen. Bayraməli Qurbanov, 72 – Vüsal Əsgərov, 7. Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Şirmamed Mamedov, Elvin Bayramov Naxçıvan Muxtar Respublika Stadionu, 14:00.
İlk oyun günündə qeydə alınan nəticələr:
“Şamaxı-2” – “Sumqayıt-2” 2:1 “Turan Tovuz-2” – “Qarabağ-2” 3:1 “Mingəçevir” – “Qaradağ Lökbatan” 0:2 “Zirə-2” – “İmişli” 1:1