"Everton"un baş məşqçisi Frank Lempard "Beşiktaş"ın transfer etmək istədiyi yarımmüdafiəçi Dele Allinin İstanbul nəhənginə mümkün keçidi ilə bağlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, ingiltərəli mütəxəssis bu barədə Liqa Kubokundakı oyunsonrası mətbuat konfransında danışıb:
"Dele Alli "Beşiktaş"a transfer olunmaq üzrədir. Düzdür, transfer hələ tam reallaşmayıb, amma tərəflər buna çox yaxındır".
Qeyd edək ki, Dele Alli məhz Lempardın "Everton"a baş məşqçi təyin olunmasından sonra qış transfer pəncərəsində bu komandaya keçib.
26 yaşlı futbolçunun transferini başa çatdırmaq üzrə olan "Beşiktaş" onu qısa müddətdə İstanbula gətirməyi və tibbi müayinədən sonra müqavilə imzalamağı planlaşdırır.
Dele Alli satınalma opsiyonu ilə "Beşiktaş"a icarəyə veriləcək. Allinin satınalma məbləği 8 milyon avro olacaq. Mirağa