“Qəbələ” rumıniyalı yarımmüdafiəçi Adrian Ropotanla yollarını ayırıb. Fanat.az xəbər verir ki, 29 yaşlı futbolçu artıq vətənindədi.
Müqaviləsi maydın sonunda başa çatacaq rumıniyalı mövsümün bitməsini gözləmədən komandadan ayrılıb. Ropotan bu barədə fikirlərini Futbolinfo.az-a açıqlayıb: “Bəli, müqaviləm başa çatır. Amma mən artıq “Qəbələ”dən ayrılmışam. Hazırda Rumıniyadayam. Özümə yeni komanda axtarıram”.
Təcrübəli futbolçu “qırmızı-qaralar”ın heyətində möhkəmlənə bilməməsi haqqında da danışıb: “Orda möhkəmlənə bilmədiyim üçün narazı deyiləm. Çünki məni komandaya Dorinel Muntyanu gətirmişdi. O, gedəndən sonra yeni baş məşqçi öz taktikasına uyğun futbolçular gətirdi. Mən də oradan ayrıldım”.
Qeyd edək ki, ötən ilin yayında “Qəbələ”yə gələn Adrian Ropotan 14 oyunda meydana çıxıb.
Fanat.az