Müğənni Ledi Gaga I Avropa Oyunlarının açılış mərasimi haqda təəssüratlarını bölüşüb. Fanat.az xəbər verir ki, ifaçı sosial şəbəkədə mərasimin möhtəşəm keçdiyini bildirib:
“Tamaşaçılarla çox gözəl vaxt keçirdik. İfa zamanı hiss etdim ki, biz sanki mənim yataq otağımda mahnı oxuyuruq və həyat çox sadədi".
Qeyd edək ki, mərasimdə Gaga Con Lennonun repertuarından "İmagine" mahnısını ifa edib.
Fanat.az