Ledi Gaga Bakıda 10 dəqiqəyə 2 milyon dollar qazanıb

Ledi Gaga Bakıda 10 dəqiqəyə 2 milyon dollar qazanıb
Məşhur amerikalı pop-star Ledi Gaga nın Bakı I Avropa Oyunlarının açılış mərasimindəki çıxışına görə nə qədər qonorar aldığı məlum olub. Eurosport.com Ledi Gaga nın Bakıdakı cəmi 10 dəqiqəliş çıxışa görə 2 milyon dollar qonorar aldığını yazır. 
Bildirilir ki, neft gəlirləri sayəsində Şərqi Avropanın ən varlı paytaxtlarından biri olan Bakıdakı çıxışına görə aldığı qonorar hətta Pol Makkartninin London-2012 Yay Olimpiadasının açılışındakı çıxışına görə aldığı qonorardan çoxdu. Pol Makkartni həmin çıxışa görə 1 milyon funt-sterlinq (1.6 milyon dollar) almışdı.
Xatırladılır ki, təşkilatçılar Ledi Gaganın çıxışına gözlənilməzlik elementi qatmaq üçün onu bir neçə gün Bakıda qaldığı oteldə gizlədiblər. Müğənnidən xahiş olunub ki, oteldən çıxmasın və onun açılışda çıxışı son günə qədər gizl saxlanılıb. Ekstravant pop-ulduz açılış mərasimində güllərlə örtülmüş royalın arxasında oturub və Con Lennonun repertuarından “İmagine” mahnısını ifa edib.//Virtualaz.org
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər