Əvəzedicilər Liqasında 2-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə 2 matç baş tutub.
“Turan Tovuz-2” evdə “Sumqayıt-2”-ni darmadağın edib. “Sabah-2” isə “Zirə-2” ilə ev oyunundan qalib ayrılıb.
Əvəzedicilər Liqası 2-ci tur 12 avqust
"Turan Tovuz-2" – "Sumqayıt-2" 4:1 Qollar: Raul Məmmədov, 2. Məzahir Məmmədzadə, 58. Fərid Cəfərov, 68. Elçin Qasımov, 80 – Əjdər Hacılı, 33. Tovuz şəhər stadionu.
"Sabah-2” – “Zirə-2” 3:2 Qollar: Ramil Nuraxmedov, 11. Şahin İbrahimov, 70. Emin Məcidzadə, 80 – Vüsal Əliyev, 38-pen. Elşən Abdullayev, 90. “ASK Arena”.
Turun digər oyunlarının nəticələri: “Qarabağ-2” – “Kəpəz-2” 4:1 “Araz-Naxçıvan-2” – “Şamaxı-2” 2:1 “Səbail-2” – “Neftçi-2” 0:1