“Səbail” Türkiyədən "sülh"lə ayrılır

“Səbail” Türkiyədən "sülh"lə ayrılır

Növbəti mövsümə hazırlığın əsas mərhələsini Türkiyədə keçirən “Səbail” toplanışı çərçivəsində bu gün sonuncu yoxlama matçına çıxıb.

Fanat.Az xəbər verir ki, paytaxt komandası Türkiyə 1-ci Liqası təmsilçisi “Ərzurumspor”la qarşılaşıb.

Matçda 2:2 hesablı heç-heçə qeydə alınıb. "Dənizçilər"in qollarını Süleyman Alluş və Nihad Quliyev fərqlənib.

Bununla da Ərzurum toplanışını başa vuran “Səbail” sabah vətənə dönəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər