“Bavariya” gənc istedad üçün hərəkətə keçdi

“Bavariya” gənc istedad üçün hərəkətə keçdi

“Bayern Münhen" heyətini gücləndirmək üçün perspektivli futbolçuları yaxından izləməyə davam edir.

Fanat.Az xəbər verir ki,  Almaniya nəhəngi “Midtyulland” klubunun futbolçusu Dario Osorio üçün Danimarkaya skaut göndərib.

Almaniya mediasının yaydığı məlumata görə, Münhen təmsilçisi gənc oyunçunun performansını yerində izləyərək potensial transfer imkanlarını dəyərləndirir.

Klub rəhbərliyi Osorionu gələcək üçün vacib layihə kimi görür.Yekun qərarın mövsümün gedişindən sonra veriləcəyi bildirilir. 

Qeyd edək ki, 21 yaşlı gənc istedadın transfer dəyəri 8 milyon avrodur.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər