ÇL: "Fənərbağça" pley-offa yüksələ bilmədi

ÇL: "Fənərbağça" pley-offa yüksələ bilmədi

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, cavab görüşlərinin hamısı eyni gündə keçirilib.

“Qarabağ” evdə 1:2 hesabı ilə yenildiyi "Ludoqorets"ə Bolqarıstanda divan tutaraq (7:2) pley-offa yüksəlib. Azərbaycan çempionu bu mərhələdə Zaqreb "Dinamo"su ilə üz-üzə gələcək.

Türkiyənin “Fənərbağça” komandası evdə “Lill” ilə qarşılaşıb və 1:1 hesablı heç-heçə edib. İlk oyunda 1:2 hesabı ilə uduzan İstanbul təmsilçisi ÇL-lə vidalaşıb. Komanda mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunları

13 avqust

APOEL (Kipr) - "Slovan" (Slovakiya) - 0:0

İlk oyun – 0:2

"Budyo Qlimt" (Norveç) - "Yagelloniya" (Polşa) - 4:1 Qollar: Berq, 4-avtoqol (0:1), Fet, 34 (1:1), Maata, 38 (2:1), Fet, 56 (3:1), Hoqh, 70 (4:1)

İlk oyun - 1:0

“Tvente” (Niderland) - “Zalsburq” (Avstriya) - 3:3 Qollar: Kyaerqaard, 17 (0:1), Dorqeles, 25 (0:2), Hilqers, 43 (1:2), Veo, 46 (1:3), Hoorenbeek, 64 (2:3), Steiyn, 87 (3:3)

İlk oyun - 1:2

"Fənərbağça" (Türkiyə) - “Lill” (Fransa) - 1:1 Qollar: Diakite, 90+1-avtoqol (1:0), David, 118-pen. (1:1) Qırmızı vərəqə: Mandi, 109 ("Lill")

İlk oyun - 1:2

 PAOK (Yunanıstan) - "Malmö" (İsveç) - 3:4 Qollar: Nanasi, 10 (0:1), Tayson, 21 (1:1), Koulierakis, 43 (2:1), Nanasi, 45 (2:2), Zikoviç, 45+4 (3:2), Zatterstrom, 90+7 (3:3), Kristensen, 99 (3:4) İlk oyun - 2:2

 "Ferentsvaroş" (Macarıstan) - "Midtulland" (Danimarka) - 1:1 Qollar: Sisse, 17 (1:0), Sorensen, 50 (1:1) Qırmızı vərəqə: Raul, 90+7 ("Ferentsvaroş")

İlk oyun - 0:2

“Ludoqorets” (Bolqarıstan) - “Qarabağ” (Azərbaycan) - 2:7 Qollar: Juninyo, 7 (0:1), Kvadvo Dua, 13 (1:1), 23-pen. (2:1), Yassin Benzia, 45+1-pen. (2:2), Patrik Andrade, 45+5 (2:3), Toral Bayramov, 93 (2:4), Redon Cica, 110 (2:5), Patrik Andrade, 112 (2:6), Yassin Benzia, 118 (2:7)

İlk oyun - 2:1

"Styaua" (Rumıniya) - "Sparta" (Çex Respublikası) - 2:3 Qollar: Birmançeviç, 13 (0:1), 28-pen. (0:2), Haraslin, 37 (0:3), Olaru, 60 (1:3), Edyouma, 85 (2:3)

İlk oyun - 1:1

"Yunion" (Belçika) - "Slaviya" (Çex Respublikası) - 0:1 Qol: Yureçka, 84

İlk oyun – 1:3

“Reyncers” (Şotlandiya) - "Dinamo" (Kiyev, Ukrayna) - 0:2 Qollar: Pikhalyonok, 82, Voloshun, 84 Qırmızı vərəqə: Jefte, 51 ("Reyncers")

İlk oyun - 1:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər