ÇL: "Barselona" "Bayern Münhen"i darmadağın etdi, "Atletiko Madrid" evdə uduzdu

ÇL: "Barselona" "Bayern Münhen"i darmadağın etdi, "Atletiko Madrid" evdə uduzdu

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turuna yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, iki günü əhatə edən turun son oyun günündə 9 matç keçiriləcək.

“Bayer Leverkuzen” “Brest”in qonağı olub. Almaniya çempionu Fransada büdrəyib. "Atalanta" isə "Seltik" ilə qarşılaşmada qolsuz heç-heçəylə kifayətlənib. Digər Almaniya təmsilçilərindən "Bayern Münhen" İspaniyada "Barselona"nın qonağı olub. Kataloniyalılar "Bayern"i darmadağın edib. "Leypsiq" isə evdə "Liverpul"a uduzubsa, "Mançester Siti" Çexiya "Sparta"sını 5 dəfə meydanın mərkəzinə dəvət edib. Madrid “Atletiko” isə evdə gözlənilmədən “Lill”ə uduzub.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, III tur 23 oktyabr

"Atalanta" (İtaliya) – "Seltik" (Şotlandiya) 0:0 "Brest" (Fransa) – "Bayer" (Leverkuzen, Almaniya) 1:1 Qollar: Lees-Melu, 39 - Virts, 24. "Atletiko" (İspaniya) – "Lill" (Fransa) 1:3 Qollar: Alvares, 8 - Yerqova, 61. Devid, 74, 89. "Barselona" (İspaniya) – "Bayern" (Münhen, Almaniya) 4:1 Qollar: Rafinya, 1, 45, 56. Levandovski, 36 - Keyn, 18. "Benfika" (Portuqaliya) – "Feyenoord" (Niderland) 1:3 Qollar: Aktürkoğlu, 66 - Ueda, 12. Milambo, 33, 90+2.   ​​​​​​​ "Mançester Siti" (İngiltərə) – "Sparta" (Çexiya) 5:0 Qollar: Foden, 3. Holand, 58, 68. Stounz, 64. Nunyeş, 88-pen.  ​​​​​​​ "Leypsiq" (Almaniya) – "Liverpul" (İngiltərə) 0:1 Qol: Nunyes, 27. ​​​​​​​ "Zalsburq (Avstriya)" – "Dinamo" (Zaqreb, Xorvatiya) 0:2 Qollar: Kulenoviç, 49. Petkoviç, 84. ​​​​​​​ "Yanq Boyz" (İsveçrə) – "İnter" (İtaliya) 0:1 Qol: Türam, 90+3. ​​​​​​​

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər