ÇL: Qol şousunu "Fənərbağça" qazandı

ÇL: Qol şousunu "Fənərbağça" qazandı

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları start götürüb. 

Fanat.Az xəbər verir ki, bu gün 11 qarşılaşma baş tutub. 

Azərbaycanı təmsil edən "Qarabağ" da ilk oyun günündə meydana çıxıb. Təmsilçimiz səfərdə Cəbəllüttariq "Linkoln"una iki cavabsız qolla qalib gəlib. Bundan başqa, Türkiyə nəhəngi "Fənərbağça" İsveçrədə "Luqano" ilə qarşılaşıb. 7 qolun qeydə alındığı matç qonaqların qələbəsi ilə bitib.

UEFA Çempionlar Liqası  2-ci təsnifat mərhələsi, ilk oyunlar  23 iyul

Budyo Qlimt (Norveç) - RFŞ (Latviya) 4:0

Panevejos (Litva) - Yagelloniya (Polşa) 0:4

Linkoln (Cəbəllütariq) - QARABAĞ (AZƏRBAYCAN) 0:2

APOEL (Kipr) - Petrokub (Moldova) 1:0 

Malmö (İsveç) - Klaksvik (Farer adaları) 4:1

Slaviya (Rumıniya) - Makkabi Təl-Əviv (İsrail) 1:1

Dinamo Kiyev (Ukrayna) - Partizan (Serbiya) 6:2

Santa Koloma (Andorra) - Midtyüllan 0:3 (Danimarka)

Ferentsvaroş (Macarıstan) -  Nyu-Sents (Uels) 5:0

Luqano (İsveçrə) - Fənərbağça (Türkiyə) 2:4

Şemrok Rovers (İrlandiya) - Sparta (Çexiya) 0:2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər