ÇL: Mançesterdə darmadağın, “İnter”dən səfər qələbəsi

ÇL: Mançesterdə darmadağın, “İnter”dən səfər qələbəsi

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Portuqaliya “Benfika”sı doğma meydanda İtaliyanın “İnter” komandasını sınağa çəkib. Qonaq komanda bu qarşılaşmada inamlı qələbə qazanmaqla cavab matçı öncəsi üstünlüyü ələ keçiriblər.

Günün ən maraqlı görüşü isə İngiltərədə “Mançester Siti” ilə Almaniya nəhəngi “Bayern Münhen” arasında baş tutub. Bu oyunda “şəhərlilər” 3 cavabsız qola seviniblər.

UEFA Çempionlar Liqası 1/4 final 11 aprel

Benfika (Portuqaliya) – İnter (İtaliya) 0:2 Qol: Barella, 51. Lukaku, 82-pen. Baş hakim: Maykl Oliver (İngiltərə). Lissabon. “Estadio da Luz”.

Mançester Siti (İngiltərə) – Bayern Münhen (Almaniya) 3:0 Qol: Rodri, 27. B.Silva, 70. E.Haland, 77. Baş hakim: Xesus Mansano (İspaniya). Mançester. “Etihad” stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər