Kvaratsxeliya "Tottenhem"də?

Kvaratsxeliya "Tottenhem"də?

"Tottenhem Hotspur" Rusiyanın "Rubin" klubu ilə yarımmüdafiəçi Xviça Kvaratsxeliyanın transferini rəsmiləşdirmək üçün danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edib.

Fanat.Az xəbər verir ki, bu barədə gürcü jurnalist Dima Şarikadze məlumat yayıb.

Mənbənin məlumatına görə, müqavilə yaxın günlərdə bağlana bilər. Kvaratsxeliyanın "Rubin"lə olan anlaşmasının müddəti 30 iyun 2024-cü ilə qədər nəzərdə tutulub.

"Transfermarkt" portalı futbolçunu 18 milyon avro dəyərində qiymətləndirir.

Xatırladaq ki, Xviça Azərbaycan millisinin və "Şəmkir" klubunun sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər