Koreyalı futbolçu azarkeşlərə səsləndi: "Mən it yemirəm"

Koreyalı futbolçu azarkeşlərə səsləndi: "Mən it yemirəm"

"Mançester Yunayted"in əfsanəsi Park Ji Son "qırmızı şeytanlar"ın azarkeşlərinə müraciət edib.

Fanat.Az "UTD" portalına istinadən xəbər verir ki, mankunyanların 40 yaşlı sabiq futbolçusunun şərəfinə səsləndirilən şüarda onun it yeməsi ilə bağlı ifadə var.

Koreyalı veteran yarımmüdafiəçi mətbuata müsahibəsində azarkeşlərin bu hərəkətinə münasibət göstərib:

"İt yemək" koreyalılar üçün çox narahatlıq yaradacaq bir ifadədir. Mən it yemirəm. Bu cür şüarları eşidən gənc oyunçulardan azarkeşlər adından üzr istəyirəm. Koreyada çox şey dəyişilib.  Doğrudur, tarixə baxsaq, biz it yeyirdik. Amma indi hər şey dəyişib və gənc nəsil buna nifrət edir. Həqiqətən azarkeşlərdən bunu səsləndirməməyi xahiş edirəm. Koreyalılar bu mahnını eşidəndə narahat olurlar. Artıq dayanmağın vaxtıdır."

Xatırladaq ki, Park Ji Son "Mançester Yunayted"də keçirdiyi 134 oyuna 19 qolla yadda qalıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər