"Tottenhem"in yeni baş məşqçisi Antonio Kontenin (Antonio Contenin) transferlər üçün tələb etdiyi məbləğ açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə italiyanın "Calciomercato" nəşri məlumat yayıb.
Mənbənin yaydığı xəbərə görə, “Tottenhem”in sahibi Daniel Levi Konteyə transferlər üçün təxminən 100 milyon avro ayıracaq.
Xatırladaq ki, 52 yaşlı italyan mütəxəssisin "Tottenhem"lə müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Kontenin illik maaşı 13,5 milyon avro təşkil edəcək.
Emin Şəmsiyev