Konte "Tottenhem"lə belə vidalaşdı

Konte "Tottenhem"lə belə vidalaşdı

“Tottenhem”in artıq sabiq baş məşqçisi olan Antonio Konte klubla vidalaşıb.

Fanat.Az xəbər verir ki, təcrübəli italyan mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Futbol ehtirasdır. Mənim ehtirasımı, futbolda keçdiyim yolu qiymətləndirən və paylaşan bütün "Tottenham"lilərə dərin təşəkkürümü bildirirəm.

Məni hər zaman dəstəkləyən və qiymətləndirən azarkeşlərə ayrı-ayrılıqda təşəkkür sözlərimi çatdırıram. Onların mənim adımı tərənnüm etməsi unudulmaz idi. Birlikdə macəramız bitdi. Gələcəkdə hamınıza uğurlar arzulayıram”.

"Tottenhem"i 56 İPL matçına çıxaran Konte 32 qələbə, 15 məğlubiyyət və 9 bərabərliklə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər