Konte "Tottenhem"in tarixinə düşdü

Konte "Tottenhem"in tarixinə düşdü

İngiltərə Premyer Liqasının son turunda səfərdə "Uotford"un qonağı olan "Tottenhem" 1:0 hesablı qələbə qazanaraq yüksəlişini davam etdirib.

Fanat.Az xəbər verir ki, "Uotford" qələbəsi ilə Antonio Konte "Tottenhem"in tarixində ilk səkkiz liqa oyununda məğlub olmayan ilk baş məşqçi olub.

Hotspurlular Kontenin rəhbərliyi altında Premyer Liqada keçirdiyi səkkiz matçda beş qələbə və üç heç-heçə əldə edib.  2016-2018-ci illər arasında "Çelsi"ni çalışdıran Konte, Premyer Liqadakı ilk macərasında da çox uğurlu bir qrafiklə yadda qalmışdı. "Çelsi"nin başında 76 liqa oyununda 51 qələbə qazanan Konte orta hesabla 2,14 xal toplamışdı. Ancaq səkkiz oyundan sonra Kontenin "Tottenhem"dəki orta xalı daha yüksəkdir - 2,25-dir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər