"Tottenhem"in məşqçisi Kristian Stellini italiyalı baş məşqçi Antonio Kontenin komandaya nə vaxt qayıdacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti Stellininin dediklərini belə çatdırıb:
“Antonioda hər yaxşılığa doğru gedir, o, tezliklə işinin başına dönmək istəyir. Onun qayıtması ilə bağlı qərar bazar günü "Vulverhempton"la görüşdən sonra veriləcək. Əməliyyatdan cəmi bir ay keçib. Əməliyyat onu həyata keçirən həkimlə tibb işçilərimiz arasında razılaşdırılıb”.
Xatırladaq ki, Konte öd kisəsindən əməliyyat olunub.
Premyer Liqanın 25 turundan sonra Hotspur təmsilçisi turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
Mirağa