Konfrans Liqası: "Neftçi"nin rəqibi məlum oldu 

Konfrans Liqası: "Neftçi"nin rəqibi məlum oldu 

Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb. 

Fanat.Az xəbər verir ki, ilk raunddan azad olan Azərbaycan təmsilçisi “Neftçi”nin bu mərhələdəki rəqibi bəlli olub. 

Paytaxt klubu “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun səfərdə keçiriləcək. 

Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər