Konfrans Liqası: “Neftçi”nin potensial rəqiblərinin Bakıdakı görüş saatı bilindi

Konfrans Liqası: “Neftçi”nin potensial rəqiblərinin Bakıdakı görüş saatı bilindi

“Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri olan Bosniya və Herseqovina “Jelezniçar”ı ilə Belarusun “Dinamo Minsk" komandaları arasında Bakıda keçiriləcək cavab oyununun başlama saatı açıqlanıb.

Fanat.Az xəbər verir ki, iyulun 20-də oynanılacaq 1-ci təsnifat mərhələsinin ikinci qarşılaşması saat 21:00-da başlayacaq.

Görüş “Qarabağ”a məxsus “Azersun Arena”da keçiriləcək.

“Neftçi” 2-ci təsnifat mərhələsində bu cütün qalibi ilə qarşılaşacaq. Oyunlar iyulun 27-də və avqustun 3-də keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər