Gürcüstan çempionatında 8-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun komandası - "Samtredia" Batumi "Dinamo"sunun qonağı olub. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Start "11-lik"də yer alan Nicat matçın 9-cu dəqiqəsində sürüşmə fəndindən istifadə edərkən zədələnib və meydanı tərk etmək məcburiyyətində qalıb. Onun zədəsinin nə dərəcədə ciddi olduğu haqda indilik hər hansı məlumat yoxdu.
Hazırda 8 xalı olan "Samtredia" turnir cədvəlində 8-ci pillədədi.
Fanat.Az