Klopp ulduz həmyerlisini "Liverpul"a gətirir

Klopp ulduz həmyerlisini "Liverpul"a gətirir

"Liverpul” Dortmund "Borussiya”sından futbolçu transfer etməyi planlaşdırır.

 

 

Fanat.Az "Sky Sports”a istinadən xəbər verir ki, "qırmızılar”ın baş məşqçi Yurgen Klopp həmyerlisi Mario Götzenin xidmətində maraqlıdı.

 

 

26 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə Dortmund təmsilçisində işləmiş mütəxəssis onu yanvarda İngiltərə komandasına gətirmək üçün şəxsən hərəkətə keçib.

 

 

Almaniya klubuyla olan müqaviləsinin müddəti 30 iyun 2020-ci ildə bitəcək futbolçu cari mövsüm sarı-qara futbolkada cəmi 2 matça çıxıb.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər