Kin "Tottenhem"in çempionluğuna niyə inanmadığını açıqladı

Kin "Tottenhem"in çempionluğuna niyə inanmadığını açıqladı
"Mançester Yunayted"in sabiq hücumçusu Roy Kin "Tottenhem"in çempionluq arzularına münasibət bildirib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Kin Premyer Liqanın son turunda "Çelsi" ilə heç-heçə edən (0:0) Joze Mourinyunun yetirmələri haqda belə danışıb:
"Mourinyu artıq çempionluğun nə demək olduğunu bilir. Karyerasına baxsaq, neçə dəfə hədəfə çatdığını görərik. Ancaq "Tottenhem"in oyunçuları Premyer Liqanın qalibi olmağa kifayət edəcək səviyyədə futbolçu deyillər. Harri Keyni çıxmaq şərti ilə... Yəni Morinyu və Keyn amili olsa belə, bu, yetərli sayılmır. "Mançester Siti" daha güclüdür. "Çelsi" ilə oyunda Keyn heç nə edə bilmədiyi üçün komandası da bərabərliklə kifayətlənməli oldu".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər