Keyn "Tottenhem"i bu kluba dəyişmək istəyir - SON DURUM

Keyn "Tottenhem"i bu kluba dəyişmək istəyir - SON DURUM

İngiltərə millisinin və "Tottenhem"in forvardı Harri Keynin karyerasını harada davam etdirəcəyi barədə informasiyalar səngimir.

Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı "SportBild" yayıb.

Xəbərə görə, skaut xidmətinin ətraflı təhlilindən sonra "Bayern Münhen" rəhbərliyi Harrini heyətinə qatmaq üçün bütün gücünü səfərbər etməkdə qərarlıdır. Mənbə ingilis forvard Hotspur təmsilçisi ilə sözləşmə yeniləməyəcəyi halda, münhenlilərin hərəkətə keçəcəyini açıqlayıb. Müqavilə yeniləməyə tələsməyən Keynin Almaniya nəhəngində oynamaq perspektivinə isti yanaşdığı və onu başqa İngiltərə klubuna satmaq istəməyən "Tottenhem" rəhbərliyinin "Bayern" variantına üstünlük verəcəyi vurğulanıb.

Qeyd edək ki, Keynin "Tottenhem"lə indiki müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər