"Keyn "Tottenhem"də qalsaydı..." - Harri Rednapp

"Keyn "Tottenhem"də qalsaydı..." - Harri Rednapp

İngiltərə Premyer Liqasının turnir cədvəlində 26 xalla zirvədə mövqe tutan "Tottenhem"in sabiq baş məşqçisi Harri Rednapp Hotspur təmsilçisinin Harri Keynsiz daha yaxşı oynadığını düşünmür.

Fanat.Az xəbər verir ki, "Daily Express" onun dediklərini belə çatdırıb: 

"Deyirlər ki, "Tottenhem" Keynsiz daha yaxşı çıxış edir. Bu, yalandır. Heç kim Keynsiz daha yaxşı ola bilməz. O, dünyanın ən yaxşı mərkəz hücumçusudur. Klubda qalsaydı, indi 12 qol vurmuş, bundan da çox məhsuldar ötürmə müəllifi olmuşdu".

Xatırladaq ki, Harri Keyn bu yay "Tottenhem"i "Bayern Münhen"ə dəyişib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər