Keyn "Tottenhem"də qalacaq

Keyn "Tottenhem"də qalacaq

İngiltərəli hücumçu Harri Keyn (Harry Kane) cari mövsümü "Tottenhem"də keçirəcəyi ilə bağlı son qərarını verib.

Fanat.Az xəbər verir ki, futbolçu bu barədə öz "Twitter" hesabında məlumat yayıb:

"Bazar günü "Tottenhem" azarkeşləri tərəfindən necə qarşılandığımı görmək və son bir neçə həftə ərzində aldığım dəstək mesajlarını oxumaq inanılmaz idi.

Bu yay "Tottenhem"də qalacağam və 100% komandanın uğur qazanmasına kömək edəcəyəm"

Daha əvvəl "Mançester Siti"nin Keynlə razılığa gəldiyi, onunla 2026-cı ilə qədər müddətə müqavilə imzalanacağı bildirilmişdi.

 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər