"Keşlə" sabahdan başlayır

"Keşlə" sabahdan başlayır
Ölkə kubokunun son qalibi "Keşlə" klubu sabahdan məşqlərə start verəcək. 
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək paytaxt təmsilçisi hazırlığın birinci planını Bakıda, ikinci mərhələsini isə Qəbələdə keçəcək. Qəbələ səfəri 1-14 iyul tarixlərini əhatə edəcək. 
"Keşlə"nin iyunun 27-də Bakıda,  5,10,14 iyul tarixlərində isə Qəbələdə yoxlama oyunlarında qüvvəsini sınayacağı bildirilir. 
Ancaq klubdan Fanat.Az-a verilən məlumata görə, rəqiblərin adları hələki məlum deyil. 
 
Qeyd edək ki, ilk dəfə keçiriləcək Konfrans Liqasının birinci püşkatmasında aşağı reytinqə malik "Keşlə” səpələnməmişlər sırasında yer alıb.
Röya 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər