"Kəpəz" "Sumqayıt"la oyuna onsuz çıxacaq

"Kəpəz" "Sumqayıt"la oyuna onsuz çıxacaq

Misli Premyer Liqasının 17-ci turunda "Kəpəz" müvəqqəti olaraq ev oyunlarını keçirdiyi Tovuzda "Sumqayıt"ı qəbul edəcək. Gəncə təmsilçisi "kimyaçılar"la görüşə 1 itki ilə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "sarı-göylər"in sözçüsü Azad Mustafayev deyib:

"Hazırda zədəli futbolçumuz yoxdur. Yalnız Vüsal Mənsimov cəzalıdır".

Qeyd edək ki, sabah reallaşacaq "Kəpəz" - "Sumqayıt" qarşılaşması 15:30-da start götürəcək. Ötən tur "Kəpəz" səfərdə "Qəbələ"ni 3 cavabsız qolla yenibsə, "Sumqayıt" öz meydanında "Qarabağ"a 1:6 hesabı ilə uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər