"Kəpəz" "Sumqayıt"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

"Kəpəz" "Sumqayıt"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

Misli Premyer Liqasında qalmağı ötən həftə təmin edən "Kəpəz" 33-cü turda "Sumqayıt"ı sınağa çəkəcək. Gəncə təmsilçisi Tovuzdakı görüşə itkilərlə çıxacaq. 

Bunu Fanat.Az-a açıqlamasında klubunn sözçüsü Azad Mustafayev deyib:

"Cəzalı futbolçumuz yoxdur. Zədəlilərə gəlincə, Georgi Papunaşvili ilə Vüsal Məsimovun oynamayacağı dəqiqdir. Bundan başqa, böyük ehtimalla Mate Kvirkviya da sabahkı oyunda meydana çıxmayacaq. Amil Yunanovun meydana çıxıb-çıxmayacağı da sual altındadır".

Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" qarşılaşması mayın 4-də Tovuz şəhər stadionunda keçiriləcək. Görüşün start fiti 16:30-da səslənəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər