"Kəpəz" Gəncədən köçür - Ev oyunlarını burada keçirəcək

"Kəpəz" Gəncədən köçür - Ev oyunlarını burada keçirəcək

“Kəpəz” növbəti mövsüm ev oyunlarını Gəncədə keçirməyəcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, qərb təmsilçisi stadion probleminə görə rəqiblərini Qəbələdə qəbul edəcək.

Qeyd edək ki, 28-ci tur çərçivəsində Gəncədə keçirilən “Kəpəz” – “Səbail” oyununda müşahidə olunan durum ciddi əks-səda doğurub. Qazonun yararsız olmasına görə hətta bu mövsümkü son ev oyunlarının Gəncədə keçirilməsinə qadağa qoyulacağı gözlənilir. Baxmayaraq ki, "Kəpəz" rəsmiləri bu barədə açıqlama verib "Turan Tovuz"la matçı da Nizami yurdunda keçirəcəklərini bəyan edib.

Qeyd edək ki, "Kəpəz" bu mövsümün əvvəlində məhz stadion probleminə görə ev oyunlarını Gəncədən kənarda - "Dalğa Arena"da və "Qəbələ"də keçirmək məcburiyyətində qalmışdı. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər