"Keçmişdə "Liverpul"da oynadığım üçün "Mançester Yunayted"in təklifi barədə düşünmədim"

"Keçmişdə "Liverpul"da oynadığım üçün "Mançester Yunayted"in təklifi barədə düşünmədim"
"Borussiya"nın yarımmüdafiəçisi Emre Can "Yuventus"dan Dortmund klubuna transferi barədə danışıb. 
 
Fanat.Az xəbər verir ki, 26 yaşlı futbolçu transferə çıxarıldığı periodda "Mançester Yunayted"dən təklif aldığını qeyd edib:
"Premyer Liqa klublarından üç təklif almışdım. Onların sırasında "Mançester Yunayted" də var idi. Amma mən bu barədə heç düşünmədim. Çünki keçmişdə "Liverpul"da oynamışam".
Emre Can 2014-2018-ci illər aralığında Mersisayd klubunda çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər