Kata üzrə Azərbaycan birinciliyi keçiriləcək - İlk dəfə

Kata üzrə Azərbaycan birinciliyi keçiriləcək - İlk dəfə

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə kata üzrə ölkə birinciliyi keçiriləcək.

Fanat.Az xəbər verir ki, 18 yaşa qədər yeniyetmələr arasında yarış mayın 1-də cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq.

Cüdoçular yalnız katanın “Nage no Kata” növündə fəndləri nümayiş etdirəcəklər. Katanı göstərəcək cütlər iki oğlan, iki qız və ya bir oğlan və bir qızdan ibarət ola bilər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər